Bazar ertəsi, 29 Aprel

"Mən susa bilmirəm və susmayacağam, gəlin, heç olmasa qorxaq susqunların milləti olmayaq"

image

Rusiyada Ukraynadakı müharibə əleyhinə etiraz aksiyaları keçirilib, yüzlərlə adam saxlanılıb.

Məlumata görə, polis və XTMD insanları qəddarcasına saxlayıb və döyüb.

Bazar günü, martın 13- də Rusiyanın bir çox iri şəhərlərində Ukraynada müharibənin əleyhinə və Ukrayna xalqına dəstək məqsədilə nümayişlər keçirilib. Ən azı yüzlərlə insan saxlanılıb və polis bölmələrinə aparılıb.

"Daxili İşlər Şöbəsi- info" nəşrinin məlumatına görə,  polis əməkdaşları XTMD ilə birgə saxlanılanlarla qəddarcasına davranaraq onları döyüblər.

Moskvada Manej meydanında polis və Rusiya qvardiyasının əməkdaşları tərəfindən kordon düzənlənib, bu barədə Novaya qazeta" nəşrinin müxbiri məlumat verib.

Etiraz aksiyasında onlarla insan iştirak edib. Demək olar ki, dərhal Manej meydanında və "Komsomolskaya" metrosu yaxınlığında aksiya iştirakçılarını saxlayıblar.

Reportyorun sözlərinə görə, polisər avtobuslara yaxınlaşmağı qadağan edib və aksiyanı lentə alan jurnalistləri sıxışdırırıb.

Təxminən eyni vəziyyət Sankt- Peterburq şəhərinin mərkəzində yaranıb. Polis Qostinıy dvor  yaxınlığında aksiya iştirakçılarını saxıayıb.

Müharibə əleyhinə etiraz aksiyaları Yaroslavlda, Nijni Novqorodda, Sıktıkvarda, Yekaterinburqda, Vladivostokda və Rusiyanın digər şəhərlərində keçirilib və iştirakçılar saxlanılıb.

"DİŞ- info" nəşri saxlananlar barədə məlumatı açıqlayıb.

Martın 13- də saat 16:45- ə olan məlumata görə, 33 şəhərdə cəmi 600 nəfər saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl həbsxanada olan rusiyalı müxalifət lideri Aleksey Navalnı rusiyalıları müharibə əleyhinə aksiyalara çağırış edib.

"Meduza" nəşrinin məlumatına görə, siyasətçinin postu onun İnstagram akkautunda dərc edilib:

"Biz  Rusiya olaraq sülh milləti olmaq istəyirik. Təəssüf ki, çox az adam bizi belə adlandırır. Amma gəlin, heç olmasa, qorxaq susqunların milləti olmayaq. O qorxaqların ki, bizim ağlını itirmiş çarımızın Ukraynaya qarşı törətdiyi müharibəni görməzdən gəlir. Mən susa bilmirəm, susmaq istəmirəm və susmayacağam. 100 il əvvəl baş vermiş hadisələr haqqında cəfəngiyyatın rusların ukraynalıları öldüməsi, onların da özünü müdafiə məqsədilə rusları öldürməsi üçün bəhanə olmasına susmaq mümkün deyil".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39